Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağa qalxanda baş hərlənməsi bu xəstəlikdə ola bilər

  • 2023.08.08 11:48
  • 1877 Baxış
Ayağa qalxanda baş hərlənməsi    bu xəstəlikdə ola bilər
Onkoloqlar ağciyər xərçənginin qəribə simptomu barədə açıqlama verib.


“Medicina” xəbər verir ki, hazırda dünyada ağciyər xərçəngi 4-cü yerdədir, amma çox insanlar ondan gec xəbər tutur.
Amerika onkoloqları xəstəliyin ilk mərhələsində keçməyən öskürək və tənəffüsdə problemlər barədə bildirsə də, qəfil qalxanda başgicəllənməyə diqqət çəkiblər.

“Dırnaq və barmaqların formasının dəyişməsi də əlamət ola bilər. Bu zaman barmaq ucları baraban çubuqlarına oxşayır, dırnaq sədəfi isə qabarır.

Ayağa qalxanda, başı aşağı əyib qaldıranda hərlənmə və insanın özünü dumandaymış kimi hiss etməsi, ağciyərlərin paraneoplastik sindromunda baş verir. Bu sindrom şiş tərəfindən hasil olunan hormonlar sayəsində baş verir.

Bu zaman baş ağrıyır, qusma, huşun dumanlanması, yorğunluq, əzələ zəifliyi, qıcolmalar, qəbizlik yaranır. Xəstədə bir gözün qapağı boşalır, sallanır, üzü birtərəfli tərləyir. Xəstədə qol, çiyin, boyun, başda keyimələr olur”.


Aygün Musayeva