Ayağı sınan futbolçunun ağzındakı yaşıl cismin nə olduğu ortaya çıxdı - FOTO

  • 2026.06.20 00:00
  • 152 Baxış
Ayağı sınan futbolçunun ağzındakı yaşıl cismin  nə olduğu ortaya çıxdı - FOTO

Kanada-Qətər matçında ayağını sındıran İsmael Konenin ağzında görünən yaşıl cihazın ciddi zədələr üçün istifadə edilən sürətli təsirli ağrıkəsici Penthrox olduğu ortaya çıxdı. Tibbi qruplar tərəfindən istifadə edilən cihaz, ulduz futbolçunun zədəsinin şiddətini vurğuladı.

Medicina.az xəbər verir ki, İsmael Konenin 2026-cı il FİFA Dünya Kubokunda Kanada və Qətər arasında keçirilən matçda aldığı ağır zədə futbol azarkeşlərini kədərləndirdi. Assim Madibonun sərt zərbəsindən sonra ayağı sınıb, tibbi qruplar tərəfindən meydandan çıxarılıb. Lakin zədədən sonra ekranda görünən bir detal diqqətdən yayınmayıb.



Konenin meydandan çıxarkən ağzındakı yaşıl cihaz sosial mediada və futbol dairələrində maraq mövzusuna çevrilib. Məlum olub ki, sözügedən cihaz təcili müdaxilələrdə istifadə edilən "Penthrox" adlı ağrıkəsicidir.

Penthrox, xüsusilə travma və ağır xəsarətlərdə tibbi qruplar tərəfindən istifadə edilən sürətli təsirli ağrıkəsici kimi tanınır. Dərman inhalyasiya yolu ilə verilir və xəstənin xəstəxanaya daşınması zamanı yaşadığı ağrıları azaltmağa kömək edir.



Mütəxəssislər bildirirlər ki, bu cür tətbiqlər ümumiyyətlə ciddi sınıqlar və travmalar hallarında üstünlük təşkil edir. Buna görə də, Konenin müdaxilə zamanı Penthroxdan istifadəsi onun zədəsinin ağırlığını vurğulayıb.

Ciddi zədəsinə baxmayaraq, İsmael Kone stadiondan çıxarkən azarkeşlərə əl yelləyərək yaxşı vəziyyətdə olduğunu göstərməyə çalışıb. Kanadalı futbolçunun ən azı 5 ay meydanlardan kənarda qalacağı gözlənilir.

Aygün
Medicina.az