Ayaqlarda ağrıların 10 səbəbi

  • 2021.10.27 16:03
  • 2315 Baxış
Ayaqlarda ağrıların 10 səbəbi

Ayaqlarda ağrı bir çox insanların rastlaşdığı problemlərdəndir.

Medicina.az bu problemlərin səbəblərini təqdim edir:


-Oynaqlarda degenerativ proseslər:artroz,artrit,radikulit ,osteomielit və s.
-Su-duz mübadiləsinin pozulması və ayaqlarda yaratdığı ödemlər nəticəsi:ürək,böyrək,qaraciyər xəstəlikləri və s.

-Damar xəstəlikləri: ateroskleroz(daralması),varikoz xəstəliyi(genəlmesi),trombozu(trombla-qan kütləsi ilə tutulması)

-Neyropatiya(diabetik və radikulopatik),yəni şəkərin və ya bel problemlərinin sinir zədələnməsi)
-Yastıayaqlılıq
-Səbəbindən asılı olaraq ağrıların xarakteri də müxtəlifdir,məsələn oynaq ağrıları kəskin və demək olar ki,daimidir və müvafiq oynaq nahiyəsində(diz,bud,topuq oynaqları)olur.

Bel problemlərinin sinir zədələnməsində bir və ya hər 2 ayağa verə bilir,ayağın arxa tərəfi ilə barmaqların ucuna kimi çata bilir.

Diabetik mənşəli sinir zədələnmələrində :kəskin,yandırıcı,kəsici və səthi olur(pəncə baldırdan,baldır buddan çox ağrıyır)
Aterosklerozda(damar daralmasında) əksinə baldır və bud pəncələrdən daha çox ağrıyır,ağrılar dərin xarakterlidir, hərəkət zamanı artır(fasiləli axsama)

Varikoz xəstəliində(damar genişlənməsində) ağrı əksərən baldır nahiyəsində axşama yaxın daha da artan,səhərlər çəkilən xarakterdədir.

- Göründüyü kimi ağrıların səbəbi müxtəlifdir,bu səbəbdən ilk öncə terapevtin baxışı önəmli olmaqla differensasiya olunmalı və inteqrativ tibbdə xəstəliyin etiopatogenezinə təsir etməklə müalicə effekti əldə olunur.
-
Bu kimi problemlər ilə bağlı klinikamızın terapevti Təranə Zeynallıya müraciət edə bilərsiniz.

Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI