Ayaqlarda qıcolmalar tromb əlaməti - ola bilər

  • 2022.10.18 16:18
  • 2123 Baxış
Ayaqlarda qıcolmalar tromb əlaməti     - ola bilər

Qəflətən ayaq qıcolması, xüsusən gecələr dərin venaların trombozundan xəbər verə bilər.


"Medicina" xəbər verir ki, insan orqanizmi daxildə özü tromb yaratmağa meyillidir.


Damar divarı zədələnəndə qan orda pıtraqlaşaraq, yamaq rolunu oynayır. Normalda sonradan tromblar özü əriyib getməlidir. Lakin çox zaman xəstə orqanizmdə bu ərimə baş vermir, iri artireyalarda tromb əmələ gəlir.

Kardioloq Anna Panova dərin venaların dərin trombozunun bir əlamətinin də gecə qıcolmaları olduğunu bildirib.
"Sakit halda əzələlər heç bir xəbərdarlıq edici siqnal olmadna öz-özünə qıc olur, yığllır və çox ağrılır olur.

Belə spazmlar istənilən an baş verə bilər, trombozda adətən gecə sakit halda olur.

Əgər bununla yanaşı, ayaqlarda sanki əzələ dartınması kimi hiss, şişkinlik, qızarma, müəyyən səthlərin ağarması varsa, mümkün qədər tez həkim fleboloq və kardioloqa müraciət etmək lazımdır.

Tromb damarı tutduqca, insan küt ağrı hiss edə bilər. Tromb ağrısı zamanla azalmır, əksinə artır.

Aygün Musayeva