Ayaqlarda qıcolmaların 10 səbəbi

  • 2023.05.02 16:32
  • 2389 Baxış
Ayaqlarda qıcolmaların 10  səbəbi
Aşağı və yuxarı ətraflarda qıcolmalara orqanizmdə baş qaldıran bəzi xəstəliklər səbəb ola bilər.


“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksey Şibalevin sözlərinə görə, bədənin bu və ya digər hissəsində əzələ krampları tez-tez baş verirsə, həkimə müraciət etməyə dəyər.

Adətən insanlar iri əzələlərdə, tez-tez bud və ya gluteal əzələlərdə, ayaq nahiyəsində və əllərdə kramplardan, qıcolmalardan şikayətlənirlər. Hətta üz əzələlərinin, boyun və qırtlağın spazmları var.

“Qıcolmalar bir neçə saniyədən bir neçə saata qədər davam edən paroksismal xarakterli əzələlərin qeyri-iradi ağrılı daralması kimi hiss olunur.

Güman edilir ki, hər bir insan ən azı bir dəfə ağır fiziki işdən, güclü tərləmədən, həddindən artıq istiləşmədən və ya əksinə, qəfil soyuqdan, yuxuda və ya parasomniyanın bir hissəsi kimi yuxuya getmə prosesində qısamüddətli əzələ krampları keçirir”.

Mütəxəssis deyir ki, əzələ qıcolmaları ilə müşayiət oluna bilən xəstəliklərin çeşidi olduqca çoxdur.

Bunlar arasında kəskin infeksiyalar, qaraciyər sirrozu, xroniki böyrək çatışmazlığı, ayaqların damarlarının aterosklerozu, varikoz genişlənmələri, paratiroid vəzlərinin funksiyasının azalması, şəkərli diabet, anemiya, epilepsiya və s. qeyd etmək olar.

Əzələ kramplarına kalsium, maqnezium, kalium mübadiləsinin pozulması da səbəb ola bilər. Həmçinin, ehtimal ki, D vitamini və B qrupunun çatışmazlığı qıcolmalara təhrik edir.

Qıcolamalarla bağlı nevroloq və endokrinoloqa müraciət etmək lazımdır.

Aygün Musayeva