Ayaqlarda şişkinliyin 5 səbəbi

  • 2023.05.22 18:59
  • 2139 Baxış
Ayaqlarda şişkinliyin 5 səbəbi
Ayaqlarda şişkinliyin səbəbləri müxtəlif ola bilər. Mütəxəssislərin araşdırmalarına görə, ayaqlarda şişkinlik ödem, iltihab, böyrək və s. səbəbdən ola bilər.


“Medicina” xəbər verir ki, bir və ya hər iki ayağın şişməsinə səbəb olan xəstəlikləri aşağıdakı kimi sıralamaq olar;


Böyrək çatışmazlığı - Uzun müddətli xroniki böyrək pozğunluqlarında böyrək funksiyalarında ciddi pisləşmə baş verir.

Bu zaman böyrəklər bədəndəki tullantıları, artıq suyu süzmək iqtidarında olmur və nəticədə bədəndə maye yığılması baş verir. Yığılan maye xüsusilə ayaqlarda şişməyə səbəb olur. Böyrək xəstəliklərində xəstədə ürəkbulanma, yorğunluq, nəfəs darlığı, həddindən artıq susuzluq kimi əlamətlər də yaranır. Həmçinin kəskin böyrək çatışmazlığı da ayaqlarda şişkinliyə səbəb ola bilər.

Ürək çatışmazlığı - Ürək funksiyasını tam yerinə yetirə bilmədiyi zaman bədəndə, xüsusən də ayaqlarda ödem əmələ gəlir. Ürək çatışmazlığı səbəbindən inkişaf edən digər simptomlar; nəfəs darlığı, yorğunluq, öskürək olaraq sıralana bilər.

Dərin Venaların Trombozu - Dərin venaların trombozu ayaq damarlarında qanın laxtalanmasıdır. Tromboz adlanan bu laxta, olduğu yerdən qoparaq ağciyərlərə gedə bilər. Dərin vena trombozu adətən bir ayağın sərt şişməsinə səbəb olur. Şişkinliyə əlavə olaraq, ayaqlarda həssaslıq, temperaturun artması, qırmızı və ya mavi rəng dəyişikliyi kimi simptomlara səbəb ola bilər.

Varikoz və ya venoz çatışmazlıq - Normalda ayaqların vena damarlarında qapaq kimi klapanlar olur. Bu klapanlar ayaqdan gələn qanın ürəyə doğru getməsini və bədənin aşağı hissələrinə geri axmamasını təmin edir. Lakin bu qapaqlarda disfunksiya yarandıqda qan qapağın arxasına qaçır və bu nahiyədə yığılmağa başlayır.

Yığılan qan ayaqda varikoz damarlarının mavi-bənövşəyi görünüşünü yaradır. Varikoz damarları da ayaqlarda şişkinliyə səbəb olan xəstəliklər arasındadır.

Aynurə Məmmədova