Dabanda ağrı, uyuşma, yanma, batma hissiyyatı çox zaman xəstələrin şikayətidir. İnsanlar hansı həkimə üz tutacaqlarını bilmir.
Ümumiyyətlə, hər hansı nahiyədə yanma hissli ağrı neyropatik hesab edilir.
Neyropatik ağrı həmin toxuma ətrafında sinir və neyronların qıcıqlanması və bu hissi beyinə ötürməsi deməkdir.
Bu ağrı ağrıkəsicilərlə kəsilmir.
Uzunmüddətli, qısa, xroniki ola bilər.
Əgər hər iki ayağın altında yanma sensor polineyropatiya zamanı olur.
Polineyropatiya – kiçik sinir uclarının zədələnməsidir.
- Bu sinirlər hərəkət siniri, hissiyat siniri, daxili orqanlara bağlı vegetativ ola bilər.
Hansı xəstəliklərdə yanma hissi olur:
- Müxtəlif virus və infeksion xəstəliklərdən sonra
- Şəkərli diabet xəstələrində
- İçkidən, siqaretdən
- Böyrək, qaraciyər çatışmazlığı
- Müxtəlif cinsi infeksiyalar
- Revmatoid artrit, sklerodermiya, artroz
- Onkoloji xəstəliklər
- Qanda D, kalsium, B qrup vitaminlərinin çatışmaması
- Genetik, irsi neyropatiya, uşaqlıqdan başlaya bilər
Göründüyü kimi, bu ayrıca bir proses olmur. Ona görə mütləq kompleks müayinələr olunmalıdır
- Qanın ümumi və sidiyin analizi
- Biokimyəvi, qaraciyər analizləri
- Hormonal balans
- C reaktiv zülal, revmatoloji analizlər
- QİÇS, hepatit, sifilir analizləri
Nəticələrdən sonra problemin harda olduğu qismən aydın olur və o istiqamətdə müalicə gedir.
Bu problemin müayinəsi nə qədər tez başlansa bir o qədər yaxşıdır.
Açıq-aşkar yalnız bir ayaqda yanma hissi onurğa beyni və fəqərələrdən və ordakı iri sinirlərdən qaynaqlanır. Bunun üçün nevroloq ayaqların EMQ-sini aparmalıdır.
Eləcə də bel nahiyənin MRT, çanaq və ayaqların rentgeni tələb oluna bilər.
Ağrını ağrıkəsicilər kəsmədiyi üçün nevroloq digər uyğun dərmanlar, əsas da antidepressantlar təyin edir.
Məndədə yuxarida söylənən əlamətlər var. Deyərdim bu sahəni bılən həkim yoxdur Deyərsiz müalicələr yazirlar xeyri yoxdur. Deyərdim ki bunu aşkar etməyə nə insanın pulu nədə vaxti catmaz.
Camaat derdini yazir burda. Adam olan sexs bir cavab yazar
Men getmiyesi hekim qalmadi Azerbaycanda Rasiyada cibimde pul qalmadi insafli hekimde rastlawmadi mene sagalmiram her gun bawqa xesteliyim cixir Allahdan umudumu kesmirem omrum hara yetdiyi qeder esas imanimiz Allaha olsun .hekime maraxli deyil xeste sagalar sagalmaz onlarinki puldu ancax
Salam.Sol ayağıma tez tez istilik gəlir
Salam menimde ayaq altinda agri ve yanma var ayaq üste dayandigim zaman agridan ölürem yutubda ne meslehet görüblerse etmişem amma agri ve yanma hissi hec kecmir,bilmirem hansi hekime muraciet edim
Ayaqlarim topuq hisseden awagi qizdirmalar olur neden ola biler?
Mənim də ayaqlarımın altı yanır əsas yay fəslində 15 ildən çoxdu .kim müalicə etdiribsə mənə desin.muxtəlif həkimlərə gedirəm effekti yoxdu.077 219 46 37 nömrəm.
Salam.el ve ayaqlarım istiot dəymiş kimi yanır.her dəfə birində olur.həm də imisti olur.agirlasanda isə yandırıcı agrilara döze bilmirəm.get gede şişir.men ne edim
Men en son nevropatoloqa getdim.problemimi dedim mene dusmen kimi antidepressant yazdi.bu qeder omrumu pis verdislerden asililig yaradan dermanlardan uzag kecirmisemse innen sora o batagliga dusmerem.
Sag ayagima istilik gelir tez tez.Neden olabiler?
Salam menim anamın ayaqların alti qızışır ne etmek olar onu çox narahat ekeyir
Artıq 3 ildir ayaqlarımın altı dəhşətli yanır.Əllərimədə bu istilik keçdi daha sonra. Gərginlik olanda əlimdə , ayağımda buz kimi olur. Bunun çarəsini tapa bilmirəm.Xahiş edirəm köməklik edərdiz. Axşamlar yanğı hissi daha çoxaları həm ayağda həmdə əl(ovcumun içləri ) Analiz vermişəm normal çıxıb hər şey. Şəkərdə yoxdur.
Hər gün əsas da iş çox görüb ayaq üstə duraramsa hara gedərəmsə hündürlükdə olarkən ayaq altı yanır və baldırlarında möhkəm.agri verir. Tapdalandiqda azacıq da olsa sakitləşdirən. Yuxum gələrkən ayaqlarimtapdalanduqda sanki, tez yuxu tutar hiss etmərəm ağrını. Bunu səbəbi nə ola bilər və kimə hansı həkimə müraciət edə bilərəm? Ağrı kəsici dərman da olsa zəhmət olmasa yazardız. Öncədən təşəkkür edirəm sizə.????????
Salam.Sağ dabanımda yanma hissi var.Səbəb nə ola bilər?Bir ayaqda olan yannmahhissi diabet vəəə ya zob səbəbli olla bilərmi?
55 yaşim vat dabanim üşuyur ayaqimin pəncəsi cimildəyir analizlərim normaldir