Ayaqlarınızı 10 dəqiqə yuxarıda tutun – Unikal metod

  • 2018.02.26 19:50
  • 31192 Baxış
Ayaqlarınızı 10 dəqiqə yuxarıda tutun –  Unikal metod
Bu üsul əslində çoxdan təbiblərin sınadığı üsuldur. İlk baxışdan gülünc görünə bilər, amma səhhətimiz üçün həddən artıq faydalı olan bu üsulu cavandan yaşlıya hər kəs sınamalıdır. 


Yoqa hərəkətinə bənzər bu hərəkətdə heç bir çətin iç yoxdur, əzələ gərilmir, ayaq ağrımır. Sadəcə uzanıb ayaqlarınızı qaldırıb, divara söhkəyirsiz. Uzanarkən belinizin altına döşək, balış qoyun. Çalışın, qol, bel, ayaqlar rahat olsun, əyninizdə geniş, boş geyim olsun.  


Bu metodun faydaları:


-Ayaqlarda qan dövranını yaxşılaşdırır

-Ürəyin işini rahatladır

-Ayaqlardakı şişkinliyi götürür

-Limfa sistemini aktivləşdirir

-Həzm, maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaqların hərəkətliliyini artırır, qəbizliyin qarşısını alır

-Əsəb sistemini rahatladır

-Tənəffüs sistemini gücləndirir

-Əzələ gərginliyini götürür, boyun, gicgah ağrısını aparır

-Beynin oksigenlə zənginləşməsinə səbəb olur


Hər gün bu hərəkətə cəmi 10 dəqiqənizi ayırsanız fiziki, psixi rahatlıq tapacaqsız.