Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqqabı qoxusunu yox edən 9 üsul

  • 2025.06.05 08:09
  • 563 Baxış
Ayaqqabı qoxusunu yox edən  9 üsul

Ayaqqabı qoxusu xüsusilə saatlarla ayaq üstə duran insanlar üçün çox narahatedici bir problemdir.

Ancaq evdə rahatlıqla tətbiq oluna bilən təbii üsullarla bu problemi aradan qaldırmaq mümkündür.

Medicina.az xəbər verir ki, çox insan bu problemi müvəqqəti olaraq kimyəvi spreylərlə həll etməyə çalışsa da, qalıcı və sağlam həll üçün təbii üsullar həmişə daha təsirli olur.

Evdə asanlıqla tapılan maddələrlə hazırlaya biləcəyiniz təbii formulalar sayəsində həm ayaqqabılarınızın ömrünü uzada, həm də pis qoxularla vidalaşa bilərsiniz.



Ayaqqabı qoxusunu aradan qaldırmaq üçün 9 təsirli üsul...

1. Çörək sodası

Ayaqqabı qoxusuna qarşı ən təsirli üsullardan biri çörək sodasıdır. Ayaqqabılarınızın içinə bir xörək qaşığı soda səpin və bir gecə saxlayın. Çörək sodası pis qoxuları özünə çəkir və bakteriyaları yox edir.

2. Çay paketi

İstifadə edilməmiş qara çay paketlərini ayaqqabılarınızın içərisinə qoyun. Tərkibindəki tanin sayəsində bakteriyaları yox edir və qoxunu azaldır. Ən azı 24 saat gözləmək effektiv nəticə verir.

3. Lavanda kisələri

Təbii qoxu çıxaran lavanda xoş ətri ilə ayaqqabılardakı pis qoxuları yox edir. Ayaqqabının içərisinə bir lavanda paketi qoyun və bir gecə saxlayın.

4. Alma sirkəsi

Antibakterial xüsusiyyətləri ilə tanınan alma sirkəsi ayaqqabılardakı bakteriyaları yox edir. Bir parça sirkəyə batırın və ayaqqabının içini silin. Quruduqdan sonra istifadə edə bilərsiniz.

5. Çörək sodası və qarğıdalı nişastası qarışığı

Bir qabda bərabər miqdarda soda və qarğıdalı nişastasını qarışdırın. Qarışığı çorabın içinə qoyun və ayaqqabının içərisinə yerləşdirin. Bu qarışıq nəm və qoxunu udur.

6. Portağal və ya limon qabığı

Sitrus qabıqları təbii ətir effekti yaradır. Ayaqqabının içərisinə qurudulmuş portağal və ya limon qabığını qoyun və bir gecə saxlayın. Təravətli bir qoxu buraxır.

7. Pişik qumu

Pişik qumunun udma qabiliyyəti yüksəkdir. Pişik qumunu təmiz corabın içərisinə qoyun və ayaqqabının içərisinə yerləşdirin. Qoxunu və nəmi azaltmaqda çox təsirlidir.

8. Dondurucu üsulu

Pis qoxuya səbəb olan bakteriyalar soyuğa davamlı deyil. Ayaqqabılarınızı hava keçirməyən torbaya qoyun və gecəni dondurucuda saxlayın. Onları qurulayıb ertəsi gün istifadə edə bilərsiniz.

9. Efir yağları

Çay ağacı, nanə və ya lavanda yağı kimi efir yağları antibakterial xüsusiyyətlərə malikdir. Pambığa bir neçə damcı yağ çəkin və ayaqqabının içərisinə qoyun. Təravətləndirici effekt verir..

Aygün
Medicina.az