Aylarla qarnı ağrıyan uşağın qarnından - döl çıxarıldı

  • 2023.09.11 16:07
  • 909 Baxış
Aylarla qarnı ağrıyan uşağın qarnından  - döl çıxarıldı

Pakistanda qarnındakı ağrılardan əziyyət çəkən 10 aylıq bir qızı əməliyyat edən həkimlər şoka düşüb.

"Medicina" xəbər verir ki, cərrah Muştaq Əhməd körpə qızın qarnında digər dölün onurğası və ayaqlarını aşkarlayanda şoka düşüblər.

Belə ki, ana bətnində əkizlər formalaşsa da, digər döl inkişaf etməyib və bu biri dölün qarnında qalıb.

Diri doğulan digər əkiz tayın mədəsi və qarnı şiş olub. Ağrıdan ağlayan körpəyə çox həkimlər diaqnoz qoya bilməyib.


Qızlarını xilas etmək üçün onu Şeyx Zayed Tədris Xəstəxanasına aparmaq qərarına gəliblər.

Əvvəlcə həkimlər qarın boşluğunda kista diaqnozu qoyublar.

Lakin onlar əməliyyat keçirən zaman körpənin bətnindəki əkizinin nazik bağırsağa yapışdığını görüblər. Əməliyyat uğurlu keçib.

Aygün Musayeva