Bir gündə 12 implant diş qoyulan pasiyent öldü

  • 2024.09.23 17:53
  • 1737 Baxış
Bir gündə 12 implant diş qoyulan     pasiyent öldü
Çinin Çjençynan əyalətində kişi dişlərini müalicə etdirdikdən sonra həyatını itirib.


Bakupost.az xəbər verir ki, Huan soyadlı kişi «Yongkang Deway Dental Hospital» stomatoloji klinikasına gəlib, implant diş qoydurmaq qərarını bildirir. Orda pasiyentin bir gün ərzində 23 dişi çıxarılıb və 12 implant yerləşdirilib.


Prosesdən sonra xəstədə 12 gün dəhşətli çənə ağrıları olub, ona ağrıkəsicilər vurublar. Amma 12 gün sonra o ürəyinin dayanması səbəbindən ölüb.


Pasiyentə implant olunan klinikada araşdırmalara başlanıb.
Həkim kifayət qədər peşəkar olduğunu xəstənin bir gündə hər şeyi etməyə razı olmasına imza atdığını bildirib.

Lakin stomatologiyada 1 gündə 3-dən artıq diş çəkilməsinə yol verilmədiyi bildirilir.


Aygün Musayeva