Bu il doğulan körpələr - Əkizlər, üçəmlər...

  • 2024.06.14 10:27
  • 990 Baxış
Bu il doğulan körpələr -  Əkizlər, üçəmlər...
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.

Dövlət Statistika Komitəsindən Medicina.az -a verilən xəbərə görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.