Gecələr işığa məruz qalanların bu xəstəliyə tutulmaq riski 67 faiz artır

  • 2024.07.05 13:01
  • 609 Baxış
Gecələr işığa məruz qalanların bu xəstəliyə tutulmaq riski  67 faiz artır
Bu yaxınlarda aparılan bir araşdırma, gecələr süni işığa davamlı məruz qalmağın 2-ci tip diabet riskini artırdığını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, alimlər süni işığın orqanizmin bioloji saatını pozduğunu və bunun da maddələr mübadiləsinə mənfi təsir göstərdiyini bildiriblər.

Flinders Universitetinin alimləri 85 000 nəfərlə apardıqları geniş araşdırmada gecələr işığa məruz qalmağın gündüz fəaliyyətindən asılı olmayaraq 2-ci tip diabet riskini 67 dəfəyə qədər artırdığını aşkar ediblər.

Süni işıq xüsusilə gecə saatlarında melatonin adlı hormonun ifrazını azaldaraq yuxu rejimini pozur.

Bu vəziyyət insulin müqaviməti və qlükoza tolerantlığı kimi faktorlara mənfi təsir göstərərək tip 2 diabet riskini artırır.

Tədqiqatçılar xüsusilə işıq çirklənməsinin intensiv olduğu şəhərlərdə yaşayanların risk altında olduğunu vurğulayıblar.

Yataq otağında qaranlığı təmin etmək və telefondan mümkün qədər uzaq durmaq riski azalda bilər.


Aysel