Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Elcan Əliyev avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.