Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarışdırıb için... - Sinədəki xırıltını yox edir

  • 2025.01.24 15:00
  • 1269 Baxış
Qarışdırıb için... -  Sinədəki xırıltını yox edir

Bəzi təbii içkilər boğazı yumşaldır, bəlğəmi azaldır, tənəffüs yollarınıı açır.

Medicina.az təqdim edir:

Havaların soyuması mövsümi infeksiyalara yol açıb.

Bu mövsümdə sinədə öskürək və xırıltı kimi əlamətlər xüsusilə tez-tez olur.

Döş qəfəsində xırıltı adətən tənəffüs yollarının daralması və ya tıxanması səbəbindən baş verir. Xırıltı nəfəs alarkən eşidilən yüksək, fit səsidir və adətən ağciyərlərdə hava axınının çətinləşməsi nəticəsində yaranır.



Təbii resept:

DARÇINLI SU

Darçın antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik ədviyyatdır. Həmçinin öskürəyi sakitləşdirə və tənəffüs yollarını aça bilər.

Resept: Bir stəkan qaynar suya bir çay qaşığı darçın tozunu əlavə edib qarışdırın. İstəsəniz bal əlavə edə bilərsiniz.

Aygün Nəbiyeva
Medicina.az