Ekspertlər yuxuya gedərkən hiss edilən orta və şiddətli ağrının xərçəngin əlaməti ola biləcəyini qeyd edirlər. Bütün xərçəng xəstələrinin 38%-də bu simptom müşahidə olunur. Dr. Deborah Lee ən çox görülən simptomları izah edib.
Medicina.az xəbər verir ki, dövrümüzün ən ölümcül xəstəliklərindən biri olan xərçəng, növündən və xəstənin ümumi vəziyyətindən asılı olaraq fərqli simptomlarla özünü göstərir. Bu simptomlar arasında ən vacibinin yuxuya gedərkən hiss edilən ağrı ola biləcəyi vurğulanıb. Xərçəng sahəsindəki işləri ilə tanınan Dr. Deborah Lee, ağrının gecə baş verə biləcək ən çox görülən xərçəng simptomlarından biri olduğunu vurğulayıb.
Cancer Research UK tərəfindən aparılan araşdırma göstərir ki, bütün xərçəng xəstələrinin təxminən 38%-i yuxuya getməyə çalışarkən orta və şiddətli ağrı hiss edə bilər. Doktor Li ağrının səbəbini bilməyin vacib olduğunu qeyd edir, çünki bu, bir çox digər xəstəlik və vəziyyətin nəticəsi ola bilər. Yuxuya gedərkən ağrı bir çox fərqli səbəbdən hiss olunsa da, bu cür ağrının xərçəng ola biləcəyinə dair şübhə yaratmaqda vacib bir göstərici olduğu bildirilir. Mütəxəssislər ağrının xərçəng əlaməti ola biləcəyinə dair əlamətləri düzgün şərh etməyin vacib olduğunu bildirirlər.
XƏRÇƏNGİN ƏN ÇOX GÖRÜNƏN ƏLAMƏTLƏRİ
Yuxuya gedərkən hiss edilən ağrının bir çox fərqli səbəbdən qaynaqlana biləcəyinə diqqət çəkən mütəxəssislər, ağrının xərçənglə əlaqəli olduğunun ən vacib göstəricisinin gecələr pisləşən ağrı, eləcə də travma ilə əlaqəli olmayan ağrı olduğunu vurğulayırlar.
Mütəxəssislərin fikrincə, xərçəngdə tez-tez rast gəlinən digər vacib simptomlara aşağıdakılar daxildir:
İştahsızlıq,
Zəiflik,
Çəki itkisi, Yorğunluq və halsızlıq hissi,
Qarında şişkinlik və ya dolğunluq hissi,
Xroniki və davamlı ağrı,
İltihab və yara sağalması problemləri,
Şiddətli öskürək və səs batıqlığı,
Dəri dəyişiklikləri və s.
Xəbərdarlıq edilir ki, xərçəngin ümumi simptomları arasında olan bu cür əlamətlər baş verərsə, gecikmədən mümkün qədər tez bir mütəxəssisə müraciət edilməlidir. Həmçinin yuxuya gedərkən hiss edilən ağrının bir göstərici olduğu da bildirilir.
Aygün
Medicina.az