Sağlamlığa faydalı 3 növ makaron

  • 2024.07.01 21:10
  • 24974 Baxış
Sağlamlığa faydalı 3 növ makaron
Artıq bir boşqab makaron yediyiniz üçün özünüzü günahkar hiss etməli olmayacaqsınız.

Medicina.az xəbər verir ki, makaronun əhval-ruhiyyəni yaxşılaşdırdığı və sağlamlığa faydalı ola biləcəyi elmi olaraq təsdiqini tapıb.

Yeni bir araşdırma göstərib ki, makaron yemək insanlarda sevimli mahnılarını eşitməyə oxşar, müsbət emosiyalar oyadır.

Ancaq tərkibindəki karbohidrat səbəbiylə makaron sürətli şəkildə kökəldən yeməklərdən biri olaraq görülür.

Ənənəvi makaron un əsaslı olduğu üçün insanlar bu qidaya “lazımsı kalori mənbəyi” kimi baxırlar. Tərkibində un olmayan bəzi makaron növləri liflə zəngindir və bu onları incə qalmaq istəyənlər üçün daha yaxşı seçim edir. Yüksək lifli makaron enerjinin daha yavaş sərbəst buraxılmasına imkan verərək toxluq hissini artırır.
“New York Post” qəzetinin yazdığına görə, bu üç növ makaron həm formada qalmağa kömək edir, həm də qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.

1.Qırmızı mərciməkdən hazırlanan makaron



Qırmızı mərciməkli makaron liflə zəngindir, əla dəmir mənbəyidir və demək olar ki, bütün gündəlik folat ehtiyacınızı qarşılayır.

2. Kelp əriştəsi



Qida dəyəri zəngin olan dəniz yosunlarından hazırlanan Kelp əriştələrinin tərkibində karbohidrat azdır. Bu məhsulun kalorisi də azdır və təbii olaraq qlutensizdir. Bu növ makaron, həmçinin kifayət miqdarda kalsium, maqnezium və dəmir ehtiva edir.

Dəniz yosunu əriştələri həm də yodun yaxşı mənbəyidir. Yod isə sağlam tiroid funksiyasını dəstəkləyir, maddələr mübadiləsini tənzimləməyə kömək edir və arıqladır.

3. Konjak kökündən hazırlanan əriştə



Dietoloq Dr. Andrea Maksim “SheFinds”a açıqlamasında konjak əriştəsinin bazardakı ən sağlam, aşağı karbohidratlı, yüksək lifli makaron olduğunu açıqlayıb.

Konjak bitkisindən hazırlanan bu makaron təbii olaraq yüksək miqdarda qlükomannan ehtiva edir. Bu həll olunan lif suyu udur və bağırsaqda genişlənir. Beləliklə, pəhriz saxlayanların daha uzun müddət toxluq hiss etməsinə səbəb olur.

Bu makaronda olan viskoz lifi sağlam həzmi və bədən çəkisini qorumağa kömək edən bağırsaq florasını qidalandıran prebiotik rolunu oynayır.


Aysel