Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

  • 2024.05.10 10:06
  • 684 Baxış
Səhərlər meyvə şirəsi içmək  hansı orqanı məhv edir?
Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil.

Medicina.az xəbər verir ki, ekspertlər səhər yeməyində meyvə şirəsi içməyin orqanizmə mənfi təsirlərini açıqlayıblar. Həmçinin meyvə şirəsi içmək üçün günün ən uyğun vaxtı da açıqlanıb.

Bağırsaqlara zərər verir

Araşdırmalar səhər yeməyində istehlak edilən meyvə şirələrinin bağırsaqları zədələdiyini və buna uzun müddət davam etdikdə çox riskli vəziyyətlərə yol açdığını üzə çıxarıb. Səhər yeməyində bir çox insanın ilk seçimi C vitamini ilə zəngin olan portağal şirəsidir. Lakin bu, yaxşı seçim hesab olunmur. Səhər yeməyində portağal şirəsi içmək sağlamlığınız üçün böyük təhlükə yarada bilər.

Meyvə şirələri onları nə vaxt içdiyinizdən asılı olaraq həzm sisteminə fərqli təsirlər göstərə bilir. Araşdırmalar meyvələrdə olan şəkərin (fruktoza) əvvəllər güman edildiyi kimi qaraciyər tərəfindən emal edilmədiyini, bu işi nazik bağırsağın həll etdiyini göstərib.

Tədqiqatlar onu da müəyyən edib ki, incə bağırsaq yeməkdən sonra meyvə şirəsindəki şəkəri daha yaxşı emal edə bilir.
Bu səbəblə meyvə şirəsi istehlakı gecə yatmazdan əvvəl və ya səhərlər olmamalıdır. Mümkünsə, günorta saatlarında və yeməkdən sonra və ya yeməklə birlikdə istehlak edilməlidir. Çünki ac qarına içmək reflüks kimi problemlərə səbəb ola bilər.


Aysel