Temperaturun daha da yüksələcəyi gözlənildiyi üçün mütəxəssislər vacib xəbərdarlıqlar ediblər.
Medicina.az xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Dr. Alper Canpolat vacib məlumatlar paylaşıb.
Dr. Alper Canpolat, həddindən artıq günəş altında olmaq, günəş altında və ya isti mühitdə idman etmək, uzun müddət avtomobildə qalmaq, çimərlikdə və ya saunada uzun müddət qalmaq və isti havada kifayət qədər su içməmək kimi bir çox səhv davranışların gün vurmaya səbəb olduğunu bildirdi. Dr. Canpolat, gün vurma hallarında bədən istiliyinin qəfildən 40 dərəcəni keçdiyini və bu səviyyənin daxili orqanlara zərər verə biləcəyini dedi. O, mümkün olduqda yay aylarında saat 10:00 ilə 16:00 arasında çölə çıxmamağı tövsiyə etdi. O, həmçinin bildirdi ki, yüksək temperaturda çölə çıxmalı olanlar özlərini papaq, çətir və digər əlavə tədbirlərlə qorumalıdırlar.
Mütəxəssis həkim gün vurmanın 10 simptomunu sadaladı:
Baş ağrısı,
Yüksək qızdırma,
Ürəkbulanma,
Qusma,
Ürək döyüntüsünün artması,
Çox sürətli nəbz,
Solğun dəri,
Başgicəllənmə,
Yorğunluq,
Zəiflik,
Çaşqınlıq,
Narahatlıq.
Doktor Canpolat bildirib ki, yuxarıda göstərilən simptomlardan biri və ya bir neçəsi baş verərsə, bədən istiliyi aşağı salınmalı və simptomların uzun müddət davam etməsi halında mütəxəssislərə müraciət edilməlidir.
Aygün
Medicina.az