Flora Kərimovadan xəbər var

  • 2026.06.17 16:53
  • 130 Baxış
Flora Kərimovadan xəbər var



Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.


Medicina.az xəbər verir ki, Flora Kərimova bunları deyib:


"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı çətin günlər keçirdiyim dövrdə göstərdiyiniz diqqət, qayğı və müalicə prosesimi şəxsi nəzarətinizdə saxlamanız məni dərindən təsirləndirdi. Yüksək insani keyfiyyətlərinizə, həssas münasibətinizə və diqqətinizə görə sizə sonsuz təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, mərhəmətiniz və şəfqətiniz ən ali insani dəyərlərin təcəssümüdür. Sizə olan minnətdarlığım mənim üçün mənəvi borcdur və bunu övladlarıma da əmanət kimi ötürəcəyəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzulayıram".

Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

medicina.az