Azad Rəhimovun vəziyyəti kəskin pisləşdi - VİDEO

  • 2021.04.28 13:28
  • 2623 Baxış
Azad Rəhimovun vəziyyəti kəskin pisləşdi -  VİDEO
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

Medicina.az xəbər verir ki, vəziyyəti ağırlaşan Azad Rəhimov hazırda koma vəziyyətindədir.

Süni tənəffüs aparatına qoşulan nazirin yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova mətbuata açıqlamasında bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

***

Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.

A.Rəhimov 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb, 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri, 1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifələrində işləyib.

Prezidentin Sərəncamı ilə 2006-cı ildə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib.