Məşhur general-mayorumuz şəhid oldu - RƏSMİ - FOTO

  • 2020.07.14 13:15
  • 10052 Baxış
Məşhur general-mayorumuz şəhid oldu   - RƏSMİ - FOTO
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran müdafiə nazirinin müavini, general-polkovnik Kərim Vəliyev deyib.

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub".