Azərbaycan əhalisində olan B12 defisiti - 10 ildən sonra özünü göstərir

  • 2023.11.17 15:53
  • 1749 Baxış
Azərbaycan əhalisində olan B12 defisiti  -  10 ildən sonra özünü göstərir

Ət və süd məhsullarının az istifadəsi B12 vitamini əskikliyi yaradır. Bu isə özünü 10 il sonra özünü göstərə bilər.


“Medicina” xəbər verir ki, kobalamin adlı vitamin bədən, beyin üçün ən vacib vitamindir. Orqanizm özü onu hasil etmir, gərək xaricdən,qida ilə alaq.


Məhz B12 və daha sonra B9 insan DNT-nin yaranmasında, baş beyin, onurğa beyin, sümük iliyində, qırmızı qan hüceyrələrində vacib rol oynayır.

Dieta saxlayanlar, yaşlı insanlar, hamilələr, alkoqol içənlərdə bu vitamin 90% halda çatışmır.
Simptomları digər xəstəliklərlə səhv salınır, insan nevroz olduğunu düşünür, amma əsas
simptomlar 5 -10 il özünü biruzə vermir.

Bəzi adamlarda ümumiyyətlə heç nə hiss olunmur.

Erkən mərhələdə aşkarlamaq üçün bu simptomlara diqqət:

- İştahsızlıq
- Zəiflik, yorğunluq
- Çəki itkisi
- Ürəkbulanma, qusma
- Ağızda, dildə yara və ağrı
- Sarı dəri

- Əl-ayaqda uyuşma
- Əsəbilik, depressiya
- Həzm problemləri

- Onurğa və baş beyin pozulmaları
- Əl-ayaqda gücsüzlük
- Anemiya

- B12 vitamini asanlıqla analizlə müəyyən olunur. Normanın aşağı həddində olması belə arzu olunmur.

Aygün Musayeva