Azərbaycan əhalisinin orqanizmində çatışmayan – Nikotin turşusu nədir?

  • 2024.03.14 16:35
  • 554 Baxış
Azərbaycan əhalisinin orqanizmində çatışmayan  – Nikotin turşusu nədir?

Hər bir insanın uşaqdan böyüyə nikotin turşusuna ehtiyac var.



“Medicina”xəbər verir ki, həkim Mariyyət Muxina PP vitamininin zəif orqanizmə çox vacib olduğunu bildirib.


“PP vitaminbi gücsüzlük, orqanizmin zəifləməsi, damar tıxanması, təzyiq və s. xəstəliklərdə təyin edilir.


Nikotin turşusu damarları genişləndirir, qanı qovur, oksid azotu artırır. Ona görə yuxusuzluq, qan dövranı pozulması, apatiya, halsızlıq, baş hərlənmə, təzyiq, damar tutulması, beyin və ürəyin işemik xəstəlikləri, zəif immunitet, ciddi xəstəlikdən sonra bu turşunu müəyyən dozada qəbul etmək faydalıdır.


Nikotin turşusu damarları möhkəmlədir. Orqanizmdə ciddi PP əskikliyi olduqda, damarlar öz-özünə partlayır.

Orqanizmdə ciddi nikotin turşusu defisitində psixi xəstəliklər, pellaqra, demensiya və bir çox dəri problemləri görülür.

Hətta nikotin turşusu çatmadıqda, əqli gerilik də yarana bilər. Ona görə balansa diqqət yetirmək lazımdır. Normada günə 20 mq PP vitamini lazımdır.Uşaqların inkişafı üçün də vacibdir.

Bu vitamin ət, toyuq, balıq və qaraciyərdə boldur”.

Aygün M