Azərbaycan kovid vaksinlərinə bu vaxta qədər nə qədər xərcləyib?

  • 2021.12.03 15:55
  • 1146 Baxış
Azərbaycan kovid vaksinlərinə bu vaxta qədər  nə qədər xərcləyib?
İndiyə qədər vaksinasiya üçün 433 milyon manat vəsait xərclənib.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib.

"Gələn ilin dövlət büdcəsində bunun üçün müvafiq vəsait nəzərdə tutulub", - deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.