Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.
Bu barədə Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, universitetin binasına tüstü yayılıb:
"Ona görə binadakı bütün tələbələr, əməkdaşlar və müəllimlər təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yağınsöndürmə birqadaları tərəfindən söndürülüb, ərazi tamamilə nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb".
Yanğının səbəbi araşdırılır.
Medicina.az