Bu gün saat 11:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb.
"Medicina" xəbər verir ki, TƏBİB-in məlumatına görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb".
medicina.az