Azərbaycan üzrə ən çox yoluxma bu rayondadır

  • 2021.12.28 17:45
  • 1324 Baxış
Azərbaycan üzrə ən çox yoluxma   bu rayondadır

Ümumi olaraq Respublika ərazisində virusa yoluxma və pozitiv nəticələrin sayına görə Bakı şəhərinin Xətai, Binəqədi rayonları və Abşeron ilk pillələrdədir.


Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə aparılan mübarizə tədbirləri və vətəndaşların məsuliyyətli yanaşmasının nəticəsi olaraq, pandemiya ilə bağlı vəziyyət tam nəzarətdə saxlanılır:

“Aldığımız son məlumata görə, yoluxma sayına görə paytaxt rayonları arasında ən yüksək göstərici Xətai rayonunda qeydə alınıb. Ümumi vəziyyət isə nəzarət altındadır”.