Azərbaycana yaxın ölkələrin itkiləri - STATİSTİKA

  • 2020.11.16 11:50
  • 2196 Baxış
Azərbaycana yaxın ölkələrin itkiləri -  STATİSTİKA

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son rəsmi hesabatında yoluxanların ümumi sayı 75688 nəfər göstərilib: onların 967-si vəfat edib, 19571 nəfəri aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.

Beynəlxalq statistikaya görə, 195 ölkə, ərazi və məkanda 1 milyon 324,5 min nəfər COVID-19-un qurbanı olub. Medicina.az Azərbaycana yaxın ölkələrdəki itki sayını təqdim edir:

İran – 41493 nəfər

Rusiya – 33186

Türkiyə – 11507

Ukrayna – 9603

Moldova – 2019

Qazaxıstan – 1899

Ermənistan – 1763

Qırğızıstan – 1203

Belarus – 1046

Gürcüstan – 703

Özbəkistan – 598

Litva – 277

Latviya – 123

Tacikistan – 85

Estoniya – 81.