Azərbaycanda 1 iyundan xüsusi karantin rejimi uzadılacaq - Operativ qərargah

  • 2020.05.22 17:26
  • 4400 Baxış
Azərbaycanda 1 iyundan  xüsusi karantin rejimi uzadılacaq   - Operativ qərargah


1 iyun 2020-ci il tarixindən Azərbaycanda xüsusi karantin rejiminin uzadılması və ya ləğv olunması barədə danışıqlar gedir, təkliflər verilir.


Medicina.az, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Bu hansı tarixədək uzadılacaq, bununla bağlı bəzi səbəblərdən epidemik göstəricilərin yetərsiz olmasına görə, müşahidələrin davam etdirilməsi zəruri olduğundan hələ dəqiq deyil. Bu barədə mayın sonu məlumat veriləcək”.