Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox orqan köçürülüb

  • 2026.01.27 17:22
  • 65 Baxış
  Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox  orqan köçürülüb

Azərbaycanda 2025-ci ildə 10-a yaxın meyit donordan alınan orqanlar transplantasiya məqsədilə istifadə olunub.

Medicina.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sözügedən meyit donorlardan 50-dən artıq transplantasiya əməliyyatı icra olunub. Bunlardan birdən çoxu böyrək transplantasiyası, 10-a yaxın qaraciyər, ikidən çox buynuz qişa və iki ürək transplantasiyası həyata keçirilib.

Əməliyyatların əksəriyyəti uğurla başa çatıb.

medicina.az