Azərbaycanda 10 qadından 5-də rast gəlinən - İnsulin dirənçinin əlamətləri

  • 2022.09.14 13:16
  • 2254 Baxış
 Azərbaycanda 10 qadından 5-də rast gəlinən  - İnsulin dirənçinin əlamətləri


İnsulin dirənçi şəkərli duabet yolunda birinci pilləkəndir.


"Medicina" xəbər verir ki, həkim Natalya Kondakova insulinrezisdentliyi tanımaq üçün əsas əlamətləri açıqlayıb.

"Adətən bu pasiyentlərin şirniyyat istəyi çox olur. Onlar konfet, peçenye, şokoladsız dayana bilmir.

Yemək qəbulundan sonra onlar yorğun, əzgin olur, başları ağrıyır, uzanmaq istəyirlər.

Adətən bu zəiflik, halsızlıq gün boyu davam edir.


Belə adamlar artıq çəkili olur, tez kökəlir, nə qədər çalışsalar da arıqlamaq çətin olur.

Ac olduqda az qala huşları itəcək vəziyyətə çatırlar, gecikmiş formada hətta hipoqlikemiya baş verə bilir.

Ancaq yemək yedikdə özlərinə gəlirlər.

Onların bədəninda daim xroniki iltihabi proses olur: boğazda, burunda,müxtəlif kistlər.

Diaqnoz üçün endokrinoloqa müraciət etməli, insulin, qlükoza və bəzi analizlər verilməlidir".


Aygün Musayeva