Azərbaycanda 1165 şəxs insan alverinin qurbanı olub

  • 2022.04.28 16:43
  • 1715 Baxış
Azərbaycanda 1165 şəxs insan alverinin    qurbanı olub


Son 17 ildə insan alveri ilə bağlı 1916 cinayət aşkarlanıb.

Medicina.az verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.


Sənəddə qeyd edilib ki, bununla bağlı 607 şəxs cinayət məsuliyyətinə cəlb olunub, həmin əməllərin 1165 qurbanı müəyyən edilib.