Azərbaycanda 15-17 yaşlılar arasında abortlar artıb

  • 2022.12.15 15:28
  • 2651 Baxış
Azərbaycanda 15-17 yaşlılar arasında abortlar   artıb

2021-ci ildə ölkədə 2020-ci illə müqayisədə abortların sayı 34 719-dan 46 877-dək yüksəlib.


"Medicina" xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.


30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.

Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac var.