Azərbaycanda 15 yaşlı qız hamilə qalıb

  • 2022.12.02 16:27
  • 3248 Baxış
Azərbaycanda 15 yaşlı qız hamilə qalıb
Bakıda özünü pis hiss etməsi səbəbindən xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.

“Müayinədən sonra xəstəxanadan dərhal ərazi polis bölməsinə məlumat verilib. Polislər xəstəxanaya gəlib qızın izahatını alıblar. Daha sonra valideynlərinin də izahatı alınıb.

Məsələ ilə bağlı araşdırılmalara başlanılıb.