Azərbaycanda 2 uşaq anası intihar etdi

  • 2022.07.18 16:35
  • 1591 Baxış
Azərbaycanda 2 uşaq anası    intihar etdi


Masallıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Qasımlı kəndində baş verib.

İki azyaşlı uşaq anası olan 27 yaşlı Qulamova Gülşən Rövşən qızı ata evinə gələrək burada özünü asıb.

Onun hansı səbəbdən canına qəsd etməsi hələlik bilinmir.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.