Azərbaycanda 22 yaşlı gənc əkin sahəsində qəfil öldü

  • 2023.02.18 17:54
  • 1745 Baxış
Azərbaycanda 22 yaşlı gənc    əkin sahəsində qəfil öldü


Goranboyda bədbəxt hadisə baş verib.

"Medicina" APA-ya istinadən bildirir ki, hadisə rayonun Veysli kəndində əkin sahəsində qeydə alınıb.

Kənd sakini 22 yaşlı Mustafayev Şahin Neymət oğlu əkin sahəsində suvarma işləri aparan zaman qəfil halı pisləşib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbləri araşdırılır.