Azərbaycanda 3 yaşlı uşaq kimyəvi həlledici içdi

  • 2022.11.21 16:08
  • 2012 Baxış
Azərbaycanda 3 yaşlı uşaq    kimyəvi həlledici içdi

Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.

"Medicina" xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.

3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.