Azərbaycanda 4 adda yeni dərman istehsal olunacaq

  • 22 İyl 2022 18:14
  • 679 Baxış
Azərbaycanda 4 adda yeni dərman    istehsal olunacaq

Azərbaycanda hər il 4 adda yeni dərman preparatı istehsal olunacaq.


Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd olunub ki, hazırda ölkədə 33 adda dərman preparatı istehsal olunur.


Eyni zamanda ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması üçün göstəriş verilib.