Azərbaycanda 45 minlik əməliyyatlar pulsuz olacaq?

  • 2022.05.25 16:01
  • 2215 Baxış
Azərbaycanda 45 minlik əməliyyatlar   pulsuz olacaq?


"İcbari tibbi sığorta çərçivəsində orqan transplantasiyası əməliyyatları limitli şəkildə aparılacaq".

Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.


Onun sözlərinə görə, Agentlik xidmətlər zərfinin genişləndirilməsi üçün əlaqədar qurumlara layihə təqdim edib:


"Burada eyni zamanda orqan transplantasiyasının həyata keçirilməsi də nəzərdə tutlur. Bu, limitli şəkildə olacaq. Hazırda həmin sənəd razılaşdırılma mərhələsindədir. Razılaşdırıldıqdan sonra qüvvəyə minəcək".