Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan öldü

  • 2021.03.31 11:16
  • 1546 Baxış
Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan öldü

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

O, Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi, çalışdığı təhsil müəssisəsi isə ötən gündən distant təhsilə keçib.

Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.