Azərbaycanda 5 faizli yod istehsal olunacaq

  • 2022.11.21 16:43
  • 1722 Baxış
Azərbaycanda 5 faizli yod istehsal olunacaq

Gələn ildən Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı nəzərdə tutulur.

"Medicina" xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq "Azər-Yod" MMC-nin ofis meneceri Zümrüd Məmmədova məlumat verib.


O bildirib ki, hazırda zavodda xırda kristal yod-xammal istehsal edilir.

"Dərman pereparatı olan 5%-li yodun istehsalı 2023-cü ilin I rübündə nəzərdə tutulur. Bunun üçün xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin ölkəni yodla təmin etməsi üçün mümkün olacaq" .