Azərbaycanda 6 spirt istehsalçısı fəaliyyətə başlayıb

  • 2020.03.26 22:55
  • 1742 Baxış
Azərbaycanda 6 spirt istehsalçısı fəaliyyətə başlayıb
Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb.

Medicina.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, hazırda 100, 150, 500 milli litr və 1 litr həcmində spirt məhsulları istehsal olunur. Onun sözlərinə görə, istehsal edilən məhsullar ölkənin tələbatını ödəyir.