Azərbaycanda 63 yaşlı qadın ana oldu - VİDEO

  • 2020.11.17 17:15
  • 6010 Baxış
Azərbaycanda 63 yaşlı qadın ana oldu   - VİDEO


Bakıda 63 yaşlı Gövhər Cəfərova ilk dəfə ana olub. Onun 12 noyabr tarixində oğlu dünyaya gəlib.

Medicina.az xəbər verir ki, körpəyə Qələbəmizin şərəfinə valideynləri Zəfər adını verib və vətənə sadiq, gələcəyin əsgərini yetişdirəcəyini bildirdilər. Ana illərdir həsrətində olduğu arzusunun gerçəkləşməsinə çox sevinir və bütün xanımlara tövsiyə edir ki, belə bir arzuları, məqsədləri varsa sonacan arxası ilə getsinlər. 63 yaşında analıq hissini yaşayan xanım bu xoşbəxtliyi ona yaşatdıqları üçün Dr. Öndər Tulumbacı və Dr. Emin Haqverdiyevə öz təşəkkürlərini bilirdirib. Qeyd edək ki, bu möcüzəvi hadisə Bakı Sağlamlıq Mərkəzində gerçəkləşib.


Xəstəxanadan videonu təqdim edirik