Azərbaycanda 8 ayda 105 üçəm doğulub

  • 2022.10.17 12:36
  • 1316 Baxış
Azərbaycanda 8 ayda  105 üçəm doğulub
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.


Dövlət Statistika Komitəsindən Medicina.az -a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.


Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.