Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/ FOTOLAR

  • 2017.10.14 14:11
  • 31021 Baxış
Uşaq 5 kiloqramlıq şişlə doğuldu -  Azərbaycanda qəribə tibbi anomaliya/ FOTOLAR

Azərbaycanda qəribə tibbi anomaliya ilə uşaq doğulub. Büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) ilə doğulan uşaq əməliyyat olunub, ondan  5 kiloqramlıq artıq şiş – teratoma çıxarılıb. 

Əməliyyatı icra edən uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov Medicina.az-a deyib ki, keysəriyyə üsulu ilə doğulmuş körpənin çəkisi 8 kiloqram olub. Cərrrahın sözlərinə görə, törəmə hələ ana bətnində ikən görülüb, müşahidə olunmuşdu: "Uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram idi.  Bu anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmalıdır. Əks-təqdirdə ölür. Əməliyyat zamanı 5 kiloqram çəkidə böyük şiş götürüldü. Arxa hissə və anus bərpa olundu”. 

Toğrul Ömərov qeyd edib ki, teratoma büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşirmiş: "Çətin yerləşməsinə baxmayaraq, sinirlər və düz bağırsaq qorundu. Hazırda körpənin sidik və nəcis ifrazı normaldır, yaşıdlarından fərqlənmir”.

Həkim bildirib ki, hazırda uşağın vəziyyəti normaldır.

Aygün Musayeva