Azərbaycanda bir ailə qarpızdan zəhərləndi

  • 21 İyl 2022 17:26
  • 1066 Baxış
Azərbaycanda bir ailə qarpızdan   zəhərləndi

Bərdədə bir ailənin 5 üzvü qidadan zəhərlənib.

Medicina.az xəbər verir ki, Qırmızı Samux kənd sakinləri 1976-cı il təvəllüdlü Salmanova Narın İmamverdi qızı, 1999-cu il təvəllüdlü Salmanova Nüşabə Bərhəm qızı, 1971-ci il təvəllüdlü Salmanov Bəhrəm Saleh oğlu, 2019-cu il təvəllüdlü Qəhrəmanlı Aylin İsmayıl qızı və 2016-cı il təvəllüdlü Qəhrəmanlı Aysu İsmayıl qızı qarpızdan zəhərləniblər.

Onların vəziyyəti orta ağırdır.