Azərbaycanda böyrək daşı xəstəlikləri ən çox bu rayonlarda yayılıb

  • 13 Noy 2021 09:44
  • 359 Baxış
Azərbaycanda böyrək daşı xəstəlikləri  ən çox bu rayonlarda yayılıb
“ÜST-ün məlumatlarına əsasən, böyrək daşı xəstəliyinin yayılma ocaqlarından biri Qafqaz regionu hesab olunur”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev "Böyrək daşı xəstəlikləri" mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, Qafqaz ən geniş endemik ocaqlardan biridir:

“Bizim ölkədə isə şimal və şimal-qərb bölgəsində - Quba, Qusar, Xaçmaz, Zaqatala və Qax rayonlarında böyrək daşları ilə bağlı müraciətlər daha çox olur”.