Azərbaycanda bu göz xəstəliyinin müalicəsi pulsuzdur

  • 2024.03.12 15:23
  • 653 Baxış
Azərbaycanda bu göz xəstəliyinin müalicəsi    pulsuzdur

12 mart – Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür


Qlaukoma gözdaxili təzyiqin artması getdikcə görməni azaldan və itməsinə səbəb olan xəstəlikdir.

Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin xəstəlik 40 yaşdan sonra daha çox yayılır

"Medicina" xəbər verir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir.

Qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır.



Yuxarıda qeyd edilən müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.


Aygün Musayeva