Azərbaycanda bu il övladlığa götürülənlərin SAYI

  • 27 Dek 2021 16:40
  • 294 Baxış
Azərbaycanda bu il övladlığa götürülənlərin  SAYI
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.


2020-ci ildən bu sahədə fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Proses tam elektronlaşdırılıb və https://adoption.mlspp.gov.az/app/home altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı maksimuma çatdırılıb.

2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq yaxın qohum tərəfindən övladlığa götürülüb. Əcnəbilər tərəfindən övladlığa götürmə olmayıb.

Qeyd edək ki, bu il övladlığa verilən uşaqlardan 75-i 0-3 yaş, 27-si 4-11 yaş, 8-i isə 12-18 yaş arasında olub.

Müəssisədən övladlığa verilən 22 uşaqdan 17-si evli valideyn-namizəd, 5-i subay valideyn-namizədlər tərəfindən övladlığa götürülüb.